Ceyhun Bayramov Tobçubaşovun nəvəsinin məzarını ziyarət edib - FOTO


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Tviter" hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük".
 

DİGƏR XƏBƏRLƏR

Top