Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb - FOTO

Elcan Quliyev

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.

Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.

Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.

Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top