Putin Ukraynanın “Bayraktar”dan qanunsuz şəkildə istifadə etdiyini deyib


“Rusiya Ukraynanın şərqindəki münaqişənin tərəfi deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti bildirib ki, Minsk razılaşmasında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir: "Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”.

V.Putin Ukraynanın Donbassda Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatından istifadəsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ukraynanın "Bayraktar" PUA-dan istifadə etməsi Minsk razılaşmalarını pozur: “Bu, pilotsuz aviasiyadır, lakin bu, münaqişə zonasında istifadə olunan aviasiyadır, Minsk razılaşmaları və sonrakı razılaşmalar ilə qəti qadağandır. Amma heç kim buna belə reaksiya vermir". 

DİGƏR XƏBƏRLƏR

Top