“Əfqanıstanda erkən nikahların sayı artır” - UNİCEF


BMT-nin Uşaq Fondu (UNICEF) Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdır.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın icraçı direktoru Henrietta Forü danışıb.

“Biz ailələrin cehiz müqabilində 20 günlük qız övladlarını gələcək evlilikləri üçün təklif etdikləri barədə etibarlı xəbərlər almışıq. Erkən nikahlar psixoloji problemlərə, məişət zorakılığına yol aça bilər”.

Qeyd edək ki, hesablamalara görə, 15-49 yaş arası əfqan qadınlarının 28%-i 18 yaşından əvvəl evlənib.
 

DİGƏR XƏBƏRLƏR

Top