Şuşada Azərbaycan əsgərlərinə qumbara atan erməni separatçılara təhvil veriləcək


“Yaxın bir neçə saat ərzində Şuşa yaxınlığındakı keçid məntəqəsinə partlayıcı atan şəxs Dağlıq Qarabağ hakimiyyətinə təhvil veriləcək”.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu özünü separatçı rejimin "ombudsmanı" adlandıran Qeqam Stepanyan “Facebook” səhifəsində yazıb.

Qeqam Stepanyan bildirib ki, hazırda saxlanılan şəxs Rusiya sülhməramlı kontingentinin mərkəzi qərargahındadır: "Rusiya tərəfi ilə müzakirələr zamanı izahat aldıq ki, vətəndaş qərargaha təhlükəsizlik məqsədilə gətirilib və yaxın bir neçə saat ərzində təhvil veriləcək”.
 

DİGƏR XƏBƏRLƏR

Top