Bu şəxslərə nar yemək olmaz - Anafilaktik şok baş verə bilər...


Payız fəslinin gəlməsilə ən çox yeyilən meyvələrdən biri də nardır. Xalq arasında “cənnət meyvəsi” adlandırılan nar insan bədəni üçün olduqca faydalı meyvədir. Narı dənəciklərdən tutmuş qabığına qədər istifadə etmək mümkündür. Bəs bu qədər faydalı meyvənin hansı zərərləri ola bilər? Kimlərə nar yemək məsləhət görülmür?

Kimyaterapiya xəstələri
Narın tərkibində çoxlu zəngin vitamin və minerallar var. Narın tərkibindəki bu minerallar xərçəng dərmanlarına qarşı əks təsir göstərə bilir. Bu səbəbdən xərçəng xəstələrinə dərman qəbul edərkən nar yemələri tövsiyə edilmir.

Hamilə qadınlar
Nar çox faydalı meyvə olsa da, həkimlər hamilə qadınların gün ərzində çox nar yeməyini tövsiyə etmir. Gün ərzində 1 ədəd nar yeməyin isə heç bir ziyanı yoxdur.

Bağırsaq əməliyyatı olan şəxslər
Narın həzm sistemində sürətləndirici təsiri olduğu üçün bağırsaq əməliyyatı keçirənlərə nar istifadəsi tövsiyə edilmir.

Şişkinlikdən əziyyət çəkənlər
Çox tez həzm olunsa da, bəzi insanlarda qaz və şişkinliyə səbəb ola bilər. Həmin problemi olan insanlar diqqətli olmalıdır.

Qəbizlik zamanı
Hər gün çox nar və ya nar şirəsi qəbul edən insanların qəbizlik riski daha yüksəkdir. Bu səbəblə çox nar istifadə etmək məsləhət görülmür.

Qan təzyiqi aşağı olan insanlar
Nardan çox istifadə etmək qan təzyiqinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər. Bu problemdən əziyyət çəkən şəxslər nar istifadə edərkən diqqətli olmalıdır.

Allergiyası olan insanlar
Qırmızı rəngli meyvələrə qarşı allergiyası olan insanlar nar yeməzdən əvvəl allergiya testi etdirmələri məsləhət görülür. Həmçinin, nardan çox istifadə etmək də allergik reaksiyalara səbəb ola bilər. Bu allergiyanın çox rastlanan simptomları qaşınma, şişlik, boğazda qıcıqlanma, mədə ağrısıdır. Ağır hallarda isə nəfəs darlığı, boğazın şişməsi və hətta anafilaktik şok baş verə bilər.

Qastritdən əziyyət çəkən insanlar
Həzm sistemində problemi olan və mədə xəstəliklərindən əziyyət çəkən şəxslərin də nar istifadə etməsi tövsiyə olunmur.

Bundan əlavə, narın qabığı faydalı olsa da, o, özündə az miqdarda zəhərli maddələri ehtiva edir. Buna görə də nar qabığından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
 

DİGƏR XƏBƏRLƏR

Top