Millət vəkilləri Vaşinqtona yollanır


Milli Məclisin (MM) Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar.

Yeniavaz.com "APA"ya istinadən xəbər verir ki, bu barədə ​​​​​​​MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.
Deputatların Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə Konqresin Senatında və Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur. 
Səfər noyabrın 21-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top