Elman Nəsirov Şuşadakı təxribatdan danışdı - "Onlar lazımi səviyyədə nəzarət yetirə bilməyiblər"


Xəbər verdiyimiz kimi, erməni təxribatçıları Şuşada 3 Azərbaycan əsgərinin xəsarət alması ilə nəticələnən insident törədib. Norayr Mirzoyan adlı erməni Azərbaycan əsgərlərinə tərəf qumbara atıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Yeniavaz.com-a münasibət bildirib.

Elman Nəsirov bildirir ki, Ermənistanın indiki hakimiyyəti özünü təkzib edən mövqelər ortaya qoyur.

“Ermənistan hakimiyyəti bir yandan əməkdaşlıqdan danışır, bir yandan təxribat diversiya hərəkətləri edir. İstənilən anda bu ölkədə vətəndaş müharibəsi ola bilər. Hesab edirəm ki, yaşanan hadisə Rusiya tərəfi ilə də ciddi müzakirə məsələsi olacaq”.

Elman Nəsirov bildirir ki, Rusiya sülhməramlıları da belə məsələlərə həssas yanaşmalıdır.

“Erməni terrorçu bu təxribatı etmək üçün Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazini keçib gəlib. Buna görə Rusiya sülhməramlıları da belə məsələlərə həssas yanaşmalıdır. Demək ki, onlar lazımi səviyyədə nəzarət funksiyasını yerinə yetirə bilməyiblər, bilsəydilər terrorçu Şuşada bu cinayəti törədə bilməzdi”.

Qeyd edək ki, Şuşada hərbçilərimizə qumbara atan Norayr Mirzoyana qarşı Azərbaycanda cinayət işi açılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top