“Türkiyədən Belarusa səyahət etmək istəyən İraq, Suriya və Yəmən vətəndaşlarına bilet satılmayacaq”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin Mülki Aviasiya Baş İdarəsi rəsmi "Tvitter" hesabında qeyd edib: “Avropa İttifaqı ilə Belarus arasında qeyri-qanuni sərhəd keçidləri problemi ilə əlaqədar Türkiyə hava limanlarından Belarusa səyahət etmək istəyən İraq, Suriya və Yəmən vətəndaşlarının növbəti xəbərdarlığa qədər bilet almasına və təyyarəyə minməsinə icazə verilməməsinə qərar verilib”.
Bundan əlavə, Belarusun “Belavia” aviaşirkəti də Türkiyə hökumətinin qərarı ilə İraq, Suriya və Yəmən vətəndaşlarının Türkiyədən Belarusa daşınmayacağını açıqlayıb. Şirkətin bildirib ki, qərardan əvvəl bilet alan sərnişinlərin pulları geri qaytarılacaq.