Bakıda qəzada ölən şəxsin yaxınları axtarılır - FOTO


Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti araşdırılır.

Daxili İşlər Nazirliyindən bildirilir ki, onu tanıyanlar polisə məlumat vermələri xahiş olunur

Bak-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində VAZ-2115 markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub.

Hadisə zamanı piyada dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) 590-72-03, (012) 456-03-02, (055) 359-21-35 və (050) 717-07-67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

DİGƏR XƏBƏRLƏR

Top