İstirahət günü hava necə olacaq?


Azərbaycanda noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata əsasən,

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi  768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 14-də Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top