Peruda şəhər meri və həyat yoldaşı öldürüldü


Peruda bələdiyyə sədri və həyat yoldaşı silahlı hücum nəticəsində dünyasını dəyişib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Peru hökuməti məlumat yayıb.

Verilən məlumata görə, şəhər meri mağaza açılışından geri dönərkən naməlum şəxslərin pusqusuna düşüb. Hadisə nəticəsində 2 nəfərin də yaralandığı bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top