Ərdoğanın evinin şəkilini çəkən İsrail vətəndaşları saxlanıldı – FOTO


İstanbulun Çamlıca qülləsindən prezident Rəcəb Tayyib Ərdoğanın evinin şəkillərini çəkdiyi iddia edilən ikisi israilli olmaqla 3 nəfəri məhkəmə siyasi və hərbi casusluq ittihamı ilə həbs edib.

Yeniavaz.com xəbər verir ki, İsrail mətbuatında cütlüyün Dolmabaxça sarayında qayıq turu zamanı foto çəkdirərkən saxlanıldığı yazılıb.

İsrailin xarici işlər naziri Yair Lapid həbs olunan şəxslərin casus olduğu iddiasını təkzib edib.

Natali və Mordi Vaknin adlı İsrail vətəndaşlarının vəkili ölkə mətbuatına məsələ ilə bağlı açıqlama verib.

“Onların yeganə günahı gəmi gəzintisi zamanı Ərdoğanın sarayının şəklini çəkmək olub. Əgər bir Rusiya vətəndaşı bu sarayın şəklini çəksəydi, Türkiyənin onu həbs edəcəyini zənn etmirəm”.

Qeyd edək ki, İsrailli cütlüklə yanaşı bir Türkiyə vətəndaşı da siyasi və hərbi casusluq ittihamı ilə həbs edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top