“Biz Polşa və Belarus sərhədindəki vəziyyətdən narahatıq” - Bayden


ABŞ Belarus-Polşa sərhədindəki vəziyyətlə bağlı narahatlığını Moskva və Belarusun diqqətinə çatdırıb.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb. Belə ki, ABŞ prezidenti Co Bayden jurnalistlərə verdiyi açıqlamada miqrantlarla bağlı vəziyyətin problemə çevrildiyini bildirib:

"Bu vəziyyət böyük narahatlığa səbəb olur. Biz narahatlığımızı Rusiyaya və Belarusa çatdırmışıq”.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edir ki, bu vəziyyətin yaranmasında günahkar Qərb dövlətləridir və onların hərəkətlərinə görə insanlar müharibədən qaçır.
 

DİGƏR XƏBƏRLƏR

Top