Qara dənizdə 4 ölkənin hərbi təlimləri keçirildi


Türkiyə, ABŞ, Rumıniya və Ukrayna donanmasının 7 hərbi gəmisi Qara dənizdə təlimlər keçirib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hərbi təlimlərdə Rumıniyanın “Marasesti” freqatı, ABŞ-ın “Porter” esminesi, “Mount Whitney” komanda gəmisi və “Con Lenthall” tankeri, Türkiyənin “Yavuz” freqatı, həmçinin Ukraynanın “Yuri Olefirenko” desant gəmisi və “Slavyansk” patrul kateri iştirak edib.

Qeyd edək ki, təlimin məqsədi böhran vəziyyətində NATO-nun Qara dənizdə potensialını gücləndirmək və iştirakçı ölkələrin donanmaları arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaqdır.
 

DİGƏR XƏBƏRLƏR

Top