Bakıda mənzildən kişi meyiti tapıldı


Bakıda mənzildən 67 yaşlı kişi meyiti tapılıb.

Yeniavaz.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumatda bildirilir ki, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top