Avropanın futbol üzrə milli komandalarının yarışlarında oyunçuların statistik göstəricilərinə görə sıralaması açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, məlumatlar UEFA-nın rəsmi saytında yerləşdirilib.
Siyahının ilk yüzlüyündə iki azərbaycanlı futbolçu da yer alıb.
“Neftçi”nin kapitanı Emin Mahmudov 62 xalla siyahıda 63-cü yerdədir. 87-ci yerdə qərarlaşan Qara Qarayevin isə aktivində 56 xal var.
Qeyd edək ki, siyahıya 231 xalla “PSJ” klubunun oyunçusu Kilian Mbappe başçılıq edir.