Sankt-Peterburq səmasında qeyri-adi parlaqlıq müşahidə edilib – VİDEO


Sankt-Peterburqdan, Leninqrad vilayətindən və Kareliyadan olan sakinlər sosial şəbəkələrdə səmada nəhəng parıltının əks olunduğu videolar paylaşıblar.
Yeniavaz.com
xəbər verir ki, videoda topşəkilli nəyinsə səmanı böyük ölçüdə işıqlandırdığı görünür.
Məsələ ilə bağlı “Ka-Dar” rəsədxanasının direktoru Stas Korotki “fontanka.ru” saytına açıqlama verib.
Direktor bildirib ki, videoda görülənlər klassik boliddir.
Qeyd edək ki, bolid parlaq meteordur. Bolidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səslər çıxır və bəzən yer səthinə meteroit də düşə bilir.

DİGƏR XƏBƏRLƏR

Top