Belarusun BMT-dəki daimi nümayəndəsi Polşa və Litvanı Avropa İttifaqından pul oğurlamaqda ittiham edib.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Valentin Rybakov bildirib ki, Polşa və Litva sərhəddəki miqrantların vəziyyətindən istifadə edir:
“Bizim nöqteyi-nəzərimizə görə, Polşa və Litva miqrantlarla bağlı vəziyyətdən sadəcə olaraq, Avropa İttifaqından əlavə pul çıxarmaq və anti-immiqrant siyasətinə, beynəlxalq öhdəliklərinin çoxsaylı pozuntularına haqq qazandırmaq üçün bəhanə kimi istifadə edirlər. Belarus Avropa İttifaqına yönələn axınların nə səbəbkarı, nə də mənbəyidir. İnsanlar Belarusa getmirlər, insanlar Belarusdan keçirlər".