“Yol polisi əməkdaşını maşınla vurub qaçan şəxs sərxoş olub”.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, hadisəni törədən şəxs Məmmədov Şirxan Alik oğludur: “Həmin şəxs saxlanılıb”.
Bakının mərkəzində avtomobilin yol polisini vurması ilə bağlı yeni görüntülər təqdim edirik:
***17:36
Bakı şəhərində yol polisi əməkdaşı avtomobillə vurulub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib.
Polis sürücüyə “saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə sürücü polisi vuraraq ərazidən qaçıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məsələ barədə ərazi polis idarəsi üzrə araşdırma aparılır:
“Məsələyə hüquqi qiymət veriləcək”.
O qeyd edib ki, polis əməkdaşına tibbi yardım göstərilib:
“Vəziyyəti qənaətbəxşdir”.