Assancın həbsxanada evlənməsinə icazə verildi


“WikiLeaks”-in qurucusu Culian Assancın həbsxanada evlənməsinə icazə verilib.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə sevgilisi  Stella Moris “Twitter”də paylaşım edib. O bildirib ki, Assanc ilə Belmarş həbsxanasında evlənmək üçün lisenziya alıblar. Bununla yanaşı onların 2 və 4 yaşlı iki övladı var və onlar Assancın Ekvadorun London səfirliyinə sığındığı dövrdə dünyaya gəliblər.
Qeyd edək ki, 50 yaşlı Assanc 2019-cu ilə qədər Ekvadorun İngiltərədəki səfirliyində girov müqabilində 7 il yaşayıb. Daha sonra İsveç hökuməti tərəfindən cinsi təcavüzdə ittiham olunub. O, Böyük Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən İsveçə ekstradisiyanın qarşısının alınması üçün həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top