“Oazis” restoranının sahibi Mirtalib Mirioğlu vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda məlumat verib.
Onun sözlərinə görə, iş adamı Türkiyənin İstanbul şəhərində müalicə olunduğu hospitalda vəfat edib.
Aparıcı iş adamının koronavirusdan dünyasını dəyişdiyini qeyd edib.