Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 723 manat 20 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-avqust 2021) müqayisədə 2 manat 40 qəpik azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 725 manat 60 qəpik olub.
Əvvəlki ilin eyni dövrü ilə (yanvar-sentyabr 2020) müqayisədə isə orta aylıq nominal əmək haqqı 16 manat 40 qəpik artıb.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 690,9 manat
Yanvar-Fevral – 692,3 manat
Yanvar-Mart – 713,2 manat
Yanvar-Aprel – 722,3 manat
Yanvar-May – 724 manat
Yanvar-İyun – 724,4 manat
Yanvar-İyul – 728,5 manat
Yanvar-Avqust – 725,6 manat
Yanvar-Sentyabr – 723,2 manat