XİN sözçüsü İran səfiri ilə görüşdü


İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı iranlı səfir öz tviter hesabında paylaşıb.
Səfirin sözlərinə görə, tərəflər görüş zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti barədə fikir mübadiləsi aparıb.
Bununla yanaşı, İran və Azərbaycan rəsmiləri media və ictimai diplomatiya sahələrində Azərbaycan və İranın xarici işlər nazirləri arasında daha yaxın əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top