Şoyqunun qızının bu hərəkəti müzakirələrə səbəb oldu - FOTO


Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızının “bozqurd” işarəsi tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Kseniya Şoyqu öz "Instagram" hesabında paylaşdığı fotoda “boz qurd” işarəsi tutaraq izləyicilərindən izləmək və dəstəkləmək üçün futbol üzrə Rusiya-Kipr matçı ilə hokkey üzrə Rusiya-Finlandiya görüşü arasında seçim etməyi təklif edib.
Qeyd edək ki, "bozqurd" türk xalqlarının ümumi simvolu kimi qəbul edilir.
Xatırladaq ki, Sergey Şoyqu milliyətcə türk mənşəli lakin Buddizm dininə sitayiş edən Tıva xalqının nümayəndəsidir.

DİGƏR XƏBƏRLƏR

Top