Ziyəddin Əliyevin general qardaşı niyə işdən çıxarılıb? - AÇIQLAMA


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbi açıqlanıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Dövlət Xidmətindən onun, səhhəti ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı bildirilib.
Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.
Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.
Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top