Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - Deputatdan TƏKLİF


Azərbaycanda Aliment Fondu yaradılmalıdır. 
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova belə təkliflə çıxış edib. 
“Aliment Fondu büdcəyə yük olmayacaq, təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.
H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır: 
“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”. 
Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır: 
“Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”. 
Milli Məclisin komitə sədri qeyd edib ki, bəzi şəhid ailələrinin, qazilərin ipoteka borcları silinsin:
“Bəzi qazilər mənə müraciət edirlər ki, onun iki gözü də yoxdur, müharibədə itirib. Amma onun ipoteka borcu var. Bu tip qazilərin və ya şəhid ailələrinin ipoteka borcları silinsə, yaxşı olar. Belə ailələrin sayı elə də çox deyil”.

DİGƏR XƏBƏRLƏR

Top