Polisin öldüyü qəzanın təfərrüatı bəlli olub - FOTO + YENİLƏNİB


Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.
Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.
Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Şəki RMX-da İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.

***11:05
Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.
Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"a faktı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top