Rusiya Dövlət Atom Enerjisi Agentliyinin (“Rosatom”) baş direktoru Aleksey Lixaçev Türkiyənin yeni Atom Elektrik Stansiyalarının (AES) tikintisini davam etdirməsinin son dərəcə məntiqli olduğunu bildirib.
Yeniavaz.com “Habertürk”ə istinadən xəbər verir ki, Lixaçev bunu 26-cı İqlim Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın iştirakı şərtlərə bağlıdır. Əgər rəsmi olaraq dəvət edilərsək və şərtlər uyğun olarsa, biz də yeni AES-lərin inşaatında yer almaqdan məmnunluq duyarıq”.
Lixaçev nüvə enerjisi texnologiyasındakı son yenilikləri də şərh edib.
“Bəşəriyyətin malik olduğu uran ehtiyatları ilə bağlı bəzi şübhələr var. Təxminən 50-60 ilə qədər tamamilə rahat vəziyyətdəyik. Yeni texnologiyalar uranın xammalından təkrar istifadə etməyə imkan verəcək. Bu halda uranın ömrü 600 il davam edəcək”.