Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib


Bu gün istifadəyə verilən Qobustan Heyvandarlıq Nümayiş Kompleksi ölkədə bu konsepsiyada ilk komleksdir. Kompleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək,  ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional və yardımçı binalardan ibarətdir.

Ümumilikdə, 8 hektara yaxın tikinti işləri kompleksdə fəaliyyət, müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuz Hər bir ferma yardımçı tikililər texniki avadanlıqla təchiz olunub. Heyvanlara xüsusi baytar və zootexniklərlə qulluq edilərək tibbi müalicədən irəli gəlir. Heyvanlar haqqında məlumat xüsusi çiplənmiş birkalar üzrə mərkəzi serverdə toplanır və mütəmadi olaraq izləniləcək.

Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında video çarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə biləcəklər. Bundan başqa, həftə ərzində sərgi salonunda satışda olan damazlıq heyvanların virtual nümayişi mütəmadi olaraq həyata keçiriləcəkdir. Həmçinin, kompleksin daxilində heyvan satışını həyata keçirən lizniq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərəcək. 

Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Kompleksin ən trend məntəqələrindən biri də auksion mərkəzidir. Burada satışa çıxarılan heyvanlar akusion səhnəsində nümayiş olunacaq. Heyvanlar haqqında canlı və interaktiv məlumat veriləcək. Mərkəzdə auksion formatına uyğun heyvan satışı həyata keçiriləcək.

Heyvanın satışı son qiymətə uyğun rəsmiləşdirilir və sığorta şirkəti tərəfindən sığortalanır. Satış auksionlarının həftədə 1 gün keçirilməsi nəzərdə tutulub.

Auksiona yerli damaz təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da çıxarılacaq. Gələcəkdə Avropada damazlıq heyvan auksionlarının interaktiv formatda təşkil edilməsi ilə bağlı işlər görüləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top