Fritaunda ölənlərin sayı artdı


Noyabrın 5-də Sierra Leonenin paytaxtı Fritaunda yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı artıb.

Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə Sierra Leone hökuməti xəbər yayıb. Verilən məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Qeyd edək ki,Ümumdünya Səhiyyə Təşkilatı qəzada yaralananlara kömək etmək üçün Sierra Leoneyə 6,6 ton təcili tibbi ləvazimat göndərib.
 

DİGƏR XƏBƏRLƏR

Top