“Bakı ilə Ankaranın əməkdaşlığı dünyaya nümunədir” – səfir Rəşad Məmmədov


Azərbaycanın Türkiyədəki  səfiri Rəşad Məmmədov ölkəmizin müstəqilliyinin 30-cu və Qarabağ zəfərinin 1-ci ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan münasibətlərini qardaş ölkənin "Sabah" qəzetinə dəyərləndirib.

Yeniavaz.com xəbər verir ki, səfir Azərbaycanın müstəqilliyinə türk xalqının azərbaycanlılar qədər sevindiyini deyib: “Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub, iki xalq bir-birinin işini öz işi kimi görüb”.

R.Məmmədov bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə birgə həyata keçirilir: "Son 30 ildə Azərbaycan-Türkiyə münasibətləri klassik dövlətlərarası əməkdaşlıq anlayışından üstündür və dünyaya nümunədir”.

Səfir Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə keçdiyini də sözlərinə əlavə edib: "Hərbi sahədə əməkdaşlığımızın daha da artırılması, Silahlı Qüvvələrimizin ahəngdar fəaliyyət göstərməsi üçün qarşımızda böyük vəzifələr durur”.

Rəşad Məmmədov həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər səfəri tarixi əhəmiyyət daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top