Belarus Polşa və Litvanı Aİ-dən pul oğurlamaqda ittiham etdi


Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rybakov   Polşa və Litvanı Avropa İttifaqından pul oğurlamaqda ittiham edib.

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Valentin Rybakov  Polşa və Litvanın sərhəddə miqrantların vəziyyətindən istifadə etdiyini bildirib.

“Bizim nöqteyi-nəzərimizə görə, Polşa və Litva miqrantlarla bağlı vəziyyətdən sadəcə olaraq, Avropa İttifaqından əlavə pul çıxarmaq və anti-immiqrant siyasətinə, beynəlxalq öhdəliklərinin çoxsaylı pozuntularına haqq qazandırmaq üçün bəhanə kimi istifadə edirlər. Belarus Avropa İttifaqına yönələn axınların nə səbəbkarı, nə də mənbəyidir. İnsanlar Belarusdan getmirlər, insanlar Belarusdan keçirlər".


 

DİGƏR XƏBƏRLƏR

Top