Sudanda ləğv edilən Keçid Hərbi Şurası yenidən yaradıldı


Sudan Şurasının sədri Əbdülfəttah Əl Burhan hərbi müdaxilədən sonra ləğv edilən Keçid Hərbi Şurasının yenidən qurulduğunu açıqlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni qurulan Şuraya ordu komandirləri, keçmiş üsyançı liderlər və yeni mülki üzvlərin daxil olacağı bildirilir. Şərqi Sudan bölgəsinin nümayəndəsinin isə siyasi məsləhətləşmələrdən sonra Şuraya qatılacağı qeyd olunub.

Qeyd edək ki, Keçid Hərbi Şurası Ömər əl-Bəşirin devrilməsindən sonra, 2019-cu ildə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top