Bu gün Türkiyənin milli valyutası - lirənin məzənnəsi Azərbaycan manatı qarşısında ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu gün bir lirə 17,05 qəpiyə bərabər olub.
Qeyd edək ki, bu ilin fevral ayının 22-də lirənin məzənnəsi bu ilin ən yüksək səviyyəsinə - 24,4 qəpiyə yüksəlib.
Onu da bildirək ki, bugünə kimi Türkiyə lirəsi manat qarşısında heç vaxt bu həddə qədər ucuzlaşmayıb.
Lirə manat qarşısında ən yüksək səviyəyə isə 14 mart 2016-cı il tarixində yüksəlib. Həmin tarixdə 1 lirə 57,9 qəpik olub.