Kuba “Facebook”u müxalifətə yardım etməkdə ittiham edir


Kuba “Facebook”u ölkədəki müxaliflərə yardım etməkdə ittiham edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodrigez məlumat verib. O bildirib ki, ölkədə hökumət əleyhinə yürüş təşkil etmək istəyənlər “Facebook”dan dəstək alıblar. 
Nazir həmçinin bildirib ki, müxaliflərin “Facebook”da qurduğu xüsusi qruplar hüquqi baxımdan qeyri-qanunidir.
Qeyd edək ki, müxaliflər noyabrın 15-də yürüş keçirəcəklərini bəyan ediblər.

DİGƏR XƏBƏRLƏR

Top