Yeni ebola vaksini insanlar üzərində sınaqdan keçiriləcək


COVID-19 peyvəndini istehsal edən “AstraZeneca” şirkəti hazırladığı yeni ebola peyvəndinin insanlar üzərindəki sınaq müddətini başladıb. 
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, “ChAdOx1 biEBOV” adlandırılan ebola vaksini yeni koronavirus peyvəndi ilə eyni texnologiyadan istifadə edilərək yaradılıb. Sözügedən peyvənd ebola virusunun ən çox yayılmış və ölümcül iki növü olan “Zaire” və “Sudan” ştammları ilə mübarizə aparmaq üçün istehsal edilib. 
Verilən məlumata görə, ilk insan sınaqlarında 18-55 yaş aralığında olan 26 nəfər iştirak edəcək. Nəticələr altı ay ərzində izlənəcək.

Qeyd edək ki, Ebola dünyanın ən ölümcül viruslarından biridir. Virus tər, qan və tüpürcək yolu ilə yayılır.

DİGƏR XƏBƏRLƏR

Top