“Polşa təhlükəsizlik qüvvələri miqrantların başlarının üstündən atəş açır”- Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, Polşa təhlükəsizlik qüvvələri Belarus ərazisi istiqamətində miqrantların başları üzərindən atəş açır.
Yeniavaz.com
 TASS-a istinadla xəbər verir ki, Lukaşenko Polşa-Belarus sərhədindəki miqrantların vəziyyətindən danışıb. O bildirib ki, Polşa qüvvələri miqrantları döyüb qabırğalarını sındırırlar:
“İnsanların hamısı əzilir, döyülür, sındırılır. Onların başlarının üstündə bizim tərəfə atəş açırlar. Bunlar yolverilməzdir. Bir sərhədçi olaraq sizə deyirəm ki, əgər sovet dövründə qonşu ərazilərdən bizim istiqamətə bircə atəş açılsaydı, oradakı hər şey yer üzündən silinərdi”.

DİGƏR XƏBƏRLƏR

Top