Paşinyan: “Gorus-Qafan yolunda Ermənistan Azərbaycana gömrük rüsumu ödəyəcək”


“Dünən Azərbaycandan qeyri-rəsmi bildiriş gəlib ki, 11 noyabr 00:00-dan etibarən Ermənistan vətəndaşları və malları üzərində gömrük və pasport nəzarəti həyata keçirəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı deyib.
Baş nazir Ermənistan vətəndaşları üzərində bu nəzarətin həyata keçirilməməsi ehtimalından da danışıb.
“Sizdə sual yarana bilər ki, elə danışıqlar aparmaq olmaz ki, sərhəddə Ermənistan vətəndaşlarına gömrük nəzarəti həyata keçirilməsin? Mümkündür. Amma onun qiyməti dəhliz olacaq. Bu bizim üçün qəbuledilməzdir.
O bildirib ki, baş nazir müavinlərinin üçtərəfli görüşündə qeyd olunan dəhliz mövzusu müzakirə edilməyib.
“Biz regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıyıq. Yaxın zamanda konkret həll yollarına nail olacağımıza ümid edirik”.

DİGƏR XƏBƏRLƏR

Top