Hikmət Həsənovun içində olduğu avtomobil minaya düşüb - VİDEO + AÇIQLAMA


General-mayor Hikmət Həsənov Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb.
Yeniavaz.com
bizimxeber.az-a istinadla xəbər verir ki, o müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə aldığını bildirib: "10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm".
General-mayor həmçinin əlavə edib ki, burda başqa səbəb axtarmaq lazım deyil: "Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!".
Məlumat üçün bildirək ki, Prezidentlə olan bu görüşdə əksər generallar, həmçinin Baş Qərərgahın diğər general heyəti, eləcə də, Quru Qoşunların Komandanı, korpus komandirləri (ərazi üzrə cavabdeh komandirlər istisna olmaqla) də iştirak etməyib.
Qeyd edək ki, Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.



 

DİGƏR XƏBƏRLƏR

Top