Şəhid məzarları niyə bu vəziyyətdədir? - FOTOLAR + AÇIQLAMA


Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında iki şəhid məzarının başdaşı sınaraq yararsız vəziyyətə düşüb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, aşan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonunda qeydiyyatda olmuş şəhidlərə aiddir. 
Nərimanov və Xətai rayon icra hakimiyyətlərindən verilən məlumata görə, məlum hadisə güclü küləyin səbəbindən axşam saatlarında baş verib.
Bildirilib ki, hadisə barədə daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib və şəhid ailələrinə bununla bağlı məlumat verilib. 
Hazırda ərazidə aidiyyəti üzrə hər iki icra hakimiyyətinin əməkdaşları tərəfindən işlər gedir. Şəhidlərin məzar daşlarının yenisi ilə əvəzlənməsi üçün artıq yeni məzar daşları da sifariş verilib.


DİGƏR XƏBƏRLƏR

Top