Partiya sədri Paşinyanın istefası tələbi ilə aclıq aksiyasına başladı


“Rəsmi olaraq bəyan edirəm ki, noyabrın 10-da xalqımızın adından aclıq aksiyasına başlayıram. Məqsəd Ermənistanın baş naziri Nikol Paşinyanın istefasıdır”.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanda “Millətin səsi” partiyasının sədri və müğənni Mger Mesropyan deyib. O, Ermənistanın siyasi qüvvələrini və əhalisini Ermənistanı xilas etmək üçün birləşməyə, çiyin-çiyinə durmağa çağırıb. 
Mesropyan həmçinin bildirib ki, aclıq aksiyasını yalnız Paşinyan istefa verdikdə dayandıracaq. 
Qeyd edək ki, partiya 2021-ci ilin aprelində yaradılıb və parlamentdənkənar qüvvə kimi fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top