Azərbaycanın bu addımı Ermənistanda etirazlara səbəb oldu - Saxlanılanlar var


Ermənistanda İran sərhədinə gedən Qafan-Gorus avtomobil yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı etiraz aksiyası keçirilir.
Yeniavaz.com
"RIA Novosti"yə istinadla xəbər verir ki, İrəvan polisi hökumət binasının qarşısında baş verən aksiyanın iştirakçılarını saxlamağa başlayıb. Qeyd olunub ki, polis hökumət binasına daxil olmağa çalışan 100-ə yaxın etirazçını nəzarətə götürüb. Müxalifət partiyalarının deputatları baş nazirdən cavab almaq üçün hökumət binasına girməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu İrandan Ermənistana malların çatdırılmasında strateji əhəmiyyət kəsb edir.

DİGƏR XƏBƏRLƏR

Top