Yevlax xəstəxanasında tualetin videosunu çəkən şəxsə üzr istədiblər? - AÇIQLAMA


Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına daxil olmaq üçün tualetdən keçməli olduqlarını əks etdirən görüntülər barədə xəbər vermişdik.
Yeniavaz.com
xəbər verir ki, sözügedən kadrları çəkən şəxsə polis tərəfindən təzyiq edilməsi ilə bağlı iddialar yayılıb.
Videonu çəkən şəxsin bacısı sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.


Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, baş həkim tərəfindən polisə rəsmi şikayət daxil olub:
"Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir".

 

DİGƏR XƏBƏRLƏR

Top