Deputatın parlamentdəki çıxışından sonra qohumunu polis saxlayıb


“Bizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik”.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu deputat Tahir Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb: “Buna ehtiyac yox idi, onunla nə işləri var”.

DİGƏR XƏBƏRLƏR

Top