
“YouTube” videonun altındakı “bəyənməmə” (dislike) sayını izləyicilərdən gizlədəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib. Belə ki, artıq “YouTube”da videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.
Qeyd edək ki, tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.