DİN-dən Qala divarlarını yazan məktəblilərlə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) İçərişəhərin qədim Qala divarlarının üzərinə mətkətblilər tərəfindən qrafiklər çəkilməsinə münasibət bildirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qala divarlarına naməlum şəxslər tərəfindən şəkillərin, qrafiklərin çəkilməsi və müxtəlif yazıların yazılması ilə bağlı polis əməkdaşlarının dərhal tədbirlər həyata keçirdiyini bildirib:
“Araşdırma zamanı müəyyən edilib ki, Qala divarlarını noyabrın 7-i saat 16 radələrində Səbail rayonu ərazisində yerləşən məktəblərin birinin şagirdləri – P.Bayramlı, M.Məmmədli və D.Verstakov yazıb. Həmin şəxslər birlikdə mağazadan müxtəlif boyalar alaraq, əraziyə gəliblər. Daha sonra məktəblilər Qala divarlarında şəkillər, qrafiklər çəkib, müxtəlif yazılar yazıblar.
Hadisədən sonra hər üç şəxs valideynləri ilə birlikdə polis bölməsinə çağırılıb, onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edilib, daha sonra sərbəst buraxılıblar. Mətkəblilərin çəkdikləri şəkillərin mütəxəssislər tərəfindən divarlardan pozulması üçün tədbirlər görülür”.
“Valideynlərə tövsiyə edirik ki, övladlarına Azərbaycanın tarixi abidələrinə hörmətlə yanaşmalarını təbliğ etsinlər”, - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top