Şəmkirdə polis güllə yarası alıb


Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən ehtiyatsızlıqdan xidməti silahından atəş açılıb və xəsarət alıb.
Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
DİN-nin Mətbuat xidməti faktı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top