Bakıda güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA


“Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:
“Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.
O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək:
“Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.
G.Məmmədova əlavə edib ki, noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

DİGƏR XƏBƏRLƏR

Top