Bu ölkədə vəba epidemiyası yayıldı, ölənlər var


Afrika ölkəsi olan Kamerunun cənub-qərbində son iki həftə ərzində vəba xəstəliyi yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər yayıb. Məlumata görə, xəstəliyin yenidən yayılması nəticəsində 5 nəfər vəfat edib. Son iki həftə ərzində isə 32 nəfərdə xəstəlik aşkarlanıb.
Qeyd edək ki, vəba əhalinin böyük bir hissəsi üçün təmiz içməli suya daimi çıxışın olmaması səbəbindən yaranan xəstəlik sayılır.

DİGƏR XƏBƏRLƏR

Top